Makron: "Qarabağda daimi sülh üçün yardıma hazırıq"
13.11.2020 10:05 Dünya

Makron: "Qarabağda daimi sülh üçün yardıma hazırıq"

"Dağlıq Qarabağ münaqişəsinin həll yolu üçün yardım etməyə hazırıq".

"MediaPost" xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron söyləyib.

O, Azərbaycan, Rusiya və Ermənistan arasında Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair razılaşma əldə olunmasından məmnun olduğunu bildirib.

"Hərbi əməliyyatların bitməsini alqışlayıram. Dağlıq Qarabağ bölgəsində problemin həll edilməsi və daimi atəşkəs üçün əlimizdən gələni etməyə hazırıq", - deyə dövlət başçısı qeyd edib.

Anara Mikail

Gündəm