Makrondan AB üçün təhlükəli ssenari - "Avropanın gələcəyi bundan asılıdır"
24.04.2020 09:48 Dünya

Makrondan AB üçün təhlükəli ssenari - "Avropanın gələcəyi bundan asılıdır"

COVID-19 ilə mübarizədə Afrikaya dəstək olmaq üçün AB olaraq birlikdə hərəkət edəcəklərini ifadə edən Makron, Avropanın bir çox sektorda müstəqillik əldə etməli olduğunu söyləyib.

"MediaPost" xəbər verir ki, Makron Avropa iqtisadiyyatının dirçəldilməsinin vacibliyini vurğulayıb:

"Avropa ölkələrinin pandemiyaya verdiyi qarşılığın simmetrik olmadığını düşünmürəm. Bu vəziyyət düzəldilməsə, iqtisadiyyat daha da çökəcək. Biz gərək vəhdət olaraq bu problemi birlikdə həll edək. Virusdan zərər çəkən ölkələrə maliyyə dəstəyi göstərilməlidir. Əgər yaşanan iqtisadi böhranana çarə tapmasaq, bütün Avropa çökəcək".

Xəbərlər departamenti

Gündəm