Makrondan skandal Türkiyə qərarı
07.02.2020 14:27 Xarici siyasət

Makrondan skandal Türkiyə qərarı

“MediaPost”un xəbərinə görə, Fransanın “Le Point” jurnalı Makronun Türkiyədən gələn müəllimlərin məktəblərdə türk dili dərsi keçməsini qadağan edəcəyini yazıb.

Nəşr Fransadakı 15 minə yaxın türk tələbənin türk dili və türk mədəniyyətini öyrənməkdən məhrum ola biləcəyini bildirib.

Mətbu orqan bu ölkənin təhsil naziri Jan-Mişel Blanquerin yaxın zamanda məsələ ilə bağlı Parisin qərarını ictimaiyyətə açıqlayacağını yazıb.

Jurnal belə bir qərarın verilməsinə səbəb ola biləcək əsas amilin Türkiyədən gələn müəllimlərin Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasına (AKP) yaxınlıqları ilə əlaqələndirib.

Billurə Yunus

Xəbərlər departamenti

Gündəm