Makrondan türk dili və İslam dini barədə qalmaqallı yeni qanun
20.02.2020 08:59 Xarici siyasət

Makrondan türk dili və İslam dini barədə qalmaqallı yeni qanun

"MediaPost" xəbər verir ki, o, çıxışı zamanı Türkiyə və İslam dinini hədəfə alıb. Prezident əcnəbi ölkələrdən gələn din xadimlərinin Fransanın birlik və bərabərliyi üçün təhdid olduğunu söyləyib.

“Cəmiyyətin bir hissəsi İslam üçün yeni siyasi layihə hazırlamaq istəyir. Düşmənimiz separatçılar və qanuna əməl etməyənlərdir. Artıq xarici ölkələrdən gələn imamlar ölkəyə buraxılmayacaq. Biz Fransada bir qadınla əl ilə görüşmənin rədd olunması, həkimlərin cinsiyyətinə görə fərqləndirilməsi və ümumi olaraq din qanunlarının ölkə qanunlarından üstün tutulmasını qəbul edə bilmərik,”- deyə Makron bildirib.

Prezident Makron bir müddət öncə ölkədə əcnəbi dillərin və mədəniyyətlərin ləğv olunması ilə bağlı qərar qəbul olunacağını açıqlamışdı.

Çıxışı zamanı bu məsələyə də toxunan prezident qeyd edib ki, mövcud qərarla bağlı Türkiyə, Tunis və İranla müzakirələr ediblər: "Həmin dərsləri keçən müəllimlər daim nəzarətdə olacaq. Bu müəllimlər fransız dilində danışmalı, qanunlara əməl etməli və tədris planı yoxlanılmalıdır".

Makron həmçinin əlavə edib ki, mövcud məsələ ilə bağlı Türkiyə ilə razılığa gələ bilməyiblər.

"Əgər Türkiyə ilə razılığa gələ bilməsək və onlar mövcud qanunvericiliklə razılaşmasalar onda bütün dərslərə son veriləcək. Bu dərslər türk müəllimlərinin əvəzinə fransızlar öyrədəcək", - deyə Makron qeyd edib.

"MediaPost"


Bax: Daha bir rayonda vəzifəli şəxslər rüşvət alanda tutuldu



Xəbərlər departamenti

Gündəm