Maliyyə Nazirliyinin 2 milyonluq tenderinin qalibi məlum oldu
08.04.2021 10:03 Maliyyə

Maliyyə Nazirliyinin 2 milyonluq tenderinin qalibi məlum oldu

Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi məlumat mərkəzində yerləşən avadanlığın dəstəklənmə müddətinin uzadılması, ehtiyat surətlərin saxlanılması və bərpası üçün aidiyyatı avadanlıq, proqram təminatının satınalınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

“MediaPost” xəbər verir ki, tenderin qalibi “İnfinitech”MMC olub. Şirkətlə 1 mln. 971 min 508,6 manat dəyərində satınalma müqaviləsi bağlanıb.

Qeyd edək ki, “İnfinitech”MMC 22.03.2002 tarixində yaradılıb və qanuni təmsilçisi Əyyubov Musatafa Sabir oğludur. Nizamnamə kapitalı 250 min 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli, ev 9, m. 107-dir.

Könül Vəliyeva

Gündəm