Manana beş ay sonra övladlarına qovuşdu - <span>VİDEO</span>
07.08.2020 12:26 Şou-biznes Mədəniyyət

Manana beş ay sonra övladlarına qovuşdu - VİDEO

Əməkdar artist Manana Çaparidze koronavirus pandemiyası səbəbilə sərhədlər bağlandığı üçün övladlarını görə bilmirdi.

“MediaPost” xəbər verir ki, ifaçı bir neçə gün öncə onlara qovuşub. Manana bu barədə sosial şəbəkədə paylaşım edib.

“Bilirəm ki, çoxunuz uşaqlarımla görüşməyimə çox sevinəcəksiniz. Bu aylar ərzində onlar xeyli böyüyüblər. Arzu edirəm ki, heç kəs öz ailəsi və övladlarıyla ayrılıq görməsin” deyə, müğənni şərh yazıb.

Qeyd edək ki, Mananın övladları ataları Georgi Qabelave ilə birlikdə Gürcüstanda qalmışdı.

Pərviz Hüseyn / “MediaPost”

Xəbərlər şöbəsi

Gündəm