Mariya Zaxarova: "Azərbaycanlı qaçqınların Qarabağa qayıtmaq hüququ var"
21.11.2019 15:50 Qarabağ Azərbaycandır

Mariya Zaxarova: "Azərbaycanlı qaçqınların Qarabağa qayıtmaq hüququ var"

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə azərbaycanlı qaçqın və məcburi köçkünlərin danışıqlar prosesində iştirakını və Dağlıq Qarabağa qayıtmalarını şərh edərkən deyib.

Danışıqlar formatı mövzusuna toxunan diplomat qeyd edib ki, bu sual iştirakçıların tərkibini müəyyənləşdirib razılığa gəlməli olan tərəflərə ünvanlanmalıdır: "İndi danışıqlar prosesi, bildiyiniz kimi, Azərbaycan və Ermənistan səviyyəsində aparılır və iki paytaxt arasında, iki dövlət arasında müvafiq razılaşmalar əldə olunarsa, biz də öz tərəfimizdən bu razılaşmaları dəstəkləyəcəyik. Bir daha qeyd edim ki, iki dövlət arasında əldə ediləcək razılaşmaları dəstəkləyəcəyik".

Mediapost.az

Xəbərlər departamenti

Gündəm