Mark Zukerberqin sərvəti 100 milyard dolları ötdü
07.08.2020 10:32 Gündəm Dünya

Mark Zukerberqin sərvəti 100 milyard dolları ötdü

Sosial media nəhəngi “Facebook”un səhmlərinin dəyərlənməsi nəticəsində şirkətin qurucusu Mark Zukerberqin şəxsi sərvəti 100 milyard dolları keçib.

“MediaPost” xəbər verir ki, “Facebook” sahibi olduğu “Instagram”a “Reels” adlı funksiya əlavə etdikdən sonra şirkətin səhmləri 6% artıb.

Qeyd edilib ki, Zukerberq “Facebook"da 13%-lik paya sahibdir və o, bu il sərvətinə 22 milyard dollar əlavə edib.

Anara Mikayılova

 

 

Xəbərlər şöbəsi

Gündəm