Marsa bir addım daha yaxın: Prototip sınaqdan uğurla keçdi - <span>FOTOLAR</span>
06.08.2020 10:32 Gündəm Dünya

Marsa bir addım daha yaxın: Prototip sınaqdan uğurla keçdi - FOTOLAR

“SpaceX”in yeni nəsil kosmik gəmisi “Starship”in (Ulduz gəmisi) prototipi 150 metrlik uçuş testini uğurla tamamlayıb.

“MediaPost” xəbər verir ki, pilotsuz həyata keçirilən sınaqda gəmi yerdən yüksəldikdən sonra yenidən geri eniş edib. “Starship”də istifadə ediləcək “Raptor” adlı matorun gələcəkdə insanları Ay və Marsa daşıması planlaşdırılır.

Verilən məlumata görə, maye metan və maye oksigenlə işləyən matorun “Raptor” üçün bir ildir yeni bir test edilməyib. Qeyd edilib ki, “Starship”də bu matorlardan 6 ədəd olacaq. Kosmik gəmi tək səfərdə 100 nəfəri daşıya biləcək. Dünyanın cazibə qüvvəsinə üstün gələ bilməsi üçün “Starship”i başqa bir gəmi orbitə daşıyacaq. “Super Heavy” adlı bu gəmidə də 31 ədəd “Raptor” matoru olacaq. 

NASA 2020-ci illərdə insanları Aya aparmaq üçün 3 alternativ gəmi müəyyənləşdirib. “Starship” də onlardan biridir. 

Sınaq uçuşundan qısa müddət sonra “Twitter” hesabında paylaşım edən şirkətin sahibi İlon Mask “Mars gerçək bir hədəfdir” - deyə qeyd edib.

Anara Mikayılova

img
img
img

Xəbərlər şöbəsi

Gündəm