Martin Skorseze Roma Papasının xahişilə yeni film çəkəcək
Məşhur rejissor Martin Skorseze Roma Papasının xahişilə yeni film çəkəcək.
MediaPost "gazeta.ru"-ya istinadən xəbər verir ki, sözügedən ekran əsəri İsa Məsihə həsr ediləcək.
“Mən Papanın sənətçilərə çağırışına bacardığım yeganə üsulla cavab verdim - İsa haqqında bir film üçün ssenari yazmaqla. Mən onu çəkməyə başlayacağam”, - Skorseze bildirib.
Xatırladaq ki, bu yaxınlarda Pontifik, “Bizə İsanı göstərin!”, - deyə sənətçilərə çağırış etmişdi.