Masallı rayon xəstəxanasının baş həkimi saxlanıldı - YENİLƏNİB
22.01.2021 21:29 Hadisə

Masallı rayon xəstəxanasının baş həkimi saxlanıldı - YENİLƏNİB

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Baş Prokurorluğun Mətbuat xidmətindən "MediaPost"a bildirilib ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.

***

20:36

Masallı rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov saxlanılıb.

"MediaPost" xəbər verir ki, C. Nəzərov bu gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Onun maliyyə yeyintisinə görə saxlanıldığı bildirilir.

Məlumat hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib. 

Qeyd edək ki, C.Nəzərovu saxlanılması ilə bağlı ilk xəbəri cenub.az saytı yayıb.

Xəbərlər departamenti

Gündəm