Masallı sakinindən 30 kq narkotik götürülüb
06.08.2020 10:23 Gündəm Kriminal

Masallı sakinindən 30 kq narkotik götürülüb

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini E.Əhədov saxlanılıb.

Daxili İşlər Nazirliyindən “MediaPost”a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun Yasamal rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı oradan 21,5 kiloqramdan artıq heroin və 9 kiloqrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Əcəmi Əsədulla/MediaPost

Xəbərlər şöbəsi

Gündəm