Masazırda yaşayış binasında yanğın olub
26.09.2020 20:04 Hadisə

Masazırda yaşayış binasında yanğın olub

Abşeron rayonunun Masazır qəsəbəsində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 57 m² olan mənzilin mətbəxində mebel 8 m² sahədə qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən "MediaPost"a verilən məlumata görə, yüksək temperaturdan mətbəxin plastikdən ibarət pəncərə çərçivəsi və lambirindən ibarət tavanı 8 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər şöbəsi

Gündəm