Maşını vurulan vətəndaş dəymiş ziyanı ala bilmir - Şikayət
14.01.2021 16:30 Şikayətim var

Maşını vurulan vətəndaş dəymiş ziyanı ala bilmir - Şikayət

Xaçmaz rayon sakini məhkəmənin çıxardığı qərarın icra olunmamasından şikayət edir. 

Bu barədə "MediaPost"a şikayət daxil olub. Vətəndaş şikayətində bildirib ki, əzilmiş maşını ilə bağlı məhkəmə dəymiş ziyanın ödənilməsi ilə bağlı qərar qəbul etsə də, bir ildir ki, xəbər yoxdur:

"Mənim maşınımı əziblər, məhkəmədə qərar çıxarılıb ki, dəymiş ziyan ödənilsin. Hətta Sumqayıt apellyasiyası qərarı təsdiqləyib. Amma artıq bir il keçməsinə baxmayaraq, mənə yalnız 500 manat ödənilib. Ədliyyə, Daxili İşlər Nazirliyi, Məhkəmə hüquq şurasına qədər müraciət etmişəm, artıq bilmirəm hara müraciət edim. Mənə deyilib ki, sizin müraciətiniz Xaçmaz rayon icra orqanına göndərilib, probleminiz həll ediləcək. Amma hələ bir şey yoxdur".

Məsələ ilə bağlı Xaçmaz rayon Ədliyyə Nazirliyinin icra orqanı ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Məleykə Ağasoy

Gündəm