"Mavi bayraq” məsələsində hələ də geri qalırıq - AZTA sədrinin müşaviri
18.11.2019 14:00 Fikirlər

"Mavi bayraq” məsələsində hələ də geri qalırıq - AZTA sədrinin müşaviri

Müstəqillik əldə etdikdən sonra ölkəmiz açıq bazar iqtisadiyyatı çərçivəsində beynəlxalq arenaya inteqrasiya etməkdə davam edir.

Bütün sahələrdə nəzərəçarpan inkişaf prosesi turizm sahəsində də özünü göstərməkdədir.

Əlverişli coğrafi mövqeyi, dəniz sahəlində yerləşməsi, 9 iqlim qurşağı flora və faunanın müxləfiliyi ölkəmizə turizm sahəsinin inkişafı baxımından yeni pəncərələr açır.

Son bir neçə ildə körfəz ölkələrindən ölkəmizə turist axını ilə yanaşı artıq avropa və bir sıra Asiya ölkələrindənturist axını müşahidə olunur.

Azərbaycanın son illər bir sıra beynəlxalq mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi də, buraya xaricdən istirahətə gələnlərin sayını dəfələrlə artırıb. Qonaqlar tədbirlərdə iştirak etməklə yanaşı, ölkənin müxtəlif məkanlarındakı müasir turizm obyektlərində dincəlir, tarixi abidələri ilə tanış olur və əsrarəngiz təbiətini seyr edir.

Mavi bayraq” məsələsində hələ də geri qalırıq - AZTA sədrinin müşaviri

Növbəti il Azərbaycan turizmi üçün nə vəd edir? Qarşıda hansı planlar var?

Mövzu ilə bağlı Mediapost.az-a açıqlama verən Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, bu sahəni inkişaf etdirmək üçün turizm şirkətləri öz işlərində keyfiyyət göstəricilərinə daha çox fikir verirlər:

“Növbəti il üçün, Rusiya, İran, ərəb ölkələri, Çindən turist gəlməsi gözlənilir. Eyni zamanda turizmin inkişafı üçün otellər də artır. Bu da gələn turistlərin sayının daha çox artmasının göstəricisidir. Avropadan gələn qonaqların sayını artırmaq üçün avropa ölkələrində olmayan turizm növlərini inkişaf etdirmək lazımdır”.

Mütəxəssis həmçinin yeni turizm növlərinin də inkişaf etdirilməsinin turizmin inkişafında müstəsna rol oynayacağını da söylədi:

““Yaşıl kənd” turizminin inkişaf etdirilməsi çox yaxşı olardı. Xüsusilə avropadan gələn qonaqların turizmin bu sahəsinə daha çox meyil edirlər. Bundan başqa, çimərlik turizmi inkişaf etdirilməlidir. Çünki dünya standartlarına uyğun olan “mavi bayraq” məsələsində hələ də geri qalırıq. Eyni zamanda ucuz turizm növlərinə diqqət ayrılmalıdır. Bu turizm növlərində həm sağlamlıq turizmində, həm də digər turizm növlərində aztəminatlı ailələrdə turizmin bu növlərindən istifadə etmək imkanları olsun”.

Mövzunun aktuallığını nəzərə alaraq Bakı Turizm Mərkəzi ilə də əlaqə saxladıq.

Mərkəzin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə qeyd etdi ki, bu ayın 29-da mətbuat üçün konfrans keçiriləcək və orada bütün bu məsələlərə dair suallar cavablandırılacaq.

Məlumat üçün bildirək ki, Avropa ölkələrində təhlükəsizlik və sanitar normaların yüksək səviyyədə olduğu çimərliklərdə mavi bayraq asılır.

Xəbərlər departamenti

Gündəm