Mədəniyyət Nazirliyi: "Arif Quliyevin dəfn yeri ailəsi tərəfindən müəyyən ediləcək" - <span>YENİLƏNİB</span>
07.05.2021 11:56 Mədəniyyət

Mədəniyyət Nazirliyi: "Arif Quliyevin dəfn yeri ailəsi tərəfindən müəyyən ediləcək" - YENİLƏNİB

Mədəniyyət Nazirliyi tanınmış teatr və kino aktyoru, Xalq artisti Arif Quliyevin vəfatından kədərləndiyini bildirib, ailəsi və yaxınlarına başsaşlığı verib.

Bu barədə "MediaPost"a nazirlikdən bildirilib.

"Xalq artistinin dəfni ilə bağlı məsələrə nazirlik tərəfindən müvafiq köməklik göstəriləcəyini, dəfn yeri və vaxtının ailəsi tərəfindən müəyyən ediləcəyini bildiririk", - nazirlikdən bildirilib.

***

Azərbaycanın Xalq artisti Arif Quliyevin dəfn olunacağı yer müəyyənləşib.

"MediaPost" xəbər verir ki, A.Quliyevin cənazəsi bu gün İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Xalq artisti A.Quliyev ötən gün axşam saatlarında müalicə aldığı "Yeni klinika"da dünyasını dəyişib.

Bir müddətdir koronavirusa yoluxan sənətçinin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulmuşdu.

Xəbərlər departamenti

Gündəm