Mədəniyyət Nazirliyinin daha bir vəzifəli şəxsi işdən çıxarıldı
01.03.2023 17:13 Mədəniyyət

Mədəniyyət Nazirliyinin daha bir vəzifəli şəxsi işdən çıxarıldı

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi işdən çıxarılıb.

MediaPost xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Azad Məhyəddin oğlu Cəfərli Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Xəbərlər departamenti

Gündəm