Mədət Quliyev Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib - SƏRƏNCAM
18.11.2023 10:09 Gündəm

Mədət Quliyev Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib - SƏRƏNCAM

Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.

MediaPost-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Qeyd edək ki, M.Quliyev 2019-cu il iyunun 20-də müdafiə sənayesi naziri vəzifəsinə təyin olunmuşdu. O, dövlət başçısının bugünkü Sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Xəbərlər departamenti

Gündəm