Medvedev: “Ukraynadakı münaqişə onilliklərlə davam edə bilər”
Əgər hazırkı Kiyev rejiminin qüdrətinin nasist xarakteri məhv edilməsə, Ukraynadakı münaqişə onilliklərlə davam edə bilər.
MediaPost xəbər verir ki, bu fikri Vyetnama səfəri zamanı jurnalistlərə müsahibəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev deyib.
"Bu münaqişə çox uzun müddətlidir. Bütün bunlar, yəqin ki, onilliklərlə davam edəcək. Bu, yeni reallıq, yeni həyat şəraitidir", - Medvedev bildirib.
O, əmindir ki, hazırkı rejimdə “üç il atəşkəs olacaq, iki il münaqişə olacaq – və hər şey yenidən olacaq”.