Məğlubiyyətdən sonra Paşinyan: "Ətirimi oğurlayıblar"
10.11.2020 12:20 Dünya

Məğlubiyyətdən sonra Paşinyan: "Ətirimi oğurlayıblar"

Ermənistanda məğlubiyyətdən sonra Baş nazir Nikol Paşinyana qarşı kütləvi etirazlar baş qaldırıb. Əhali axşam saatlarından parlament binasına hücum edərək ətrafa zərər vurublar. Onlar Nikol Paşinyanın otağını da darmadağın edib. 

 "MediaPost" xəbər verir ki, Paşinyan Feysbuk hesabında paylaşım edərək insanların ona məxsus şəxsi əşyaları oğurladığını açıqlayıb.

"Mən ölkədəyəm, heç yerə qaçmamışam. Etirazçılar mənim rezidensiyama soxulub, kompüterimi, sürücülük vəsiqəmi və ətirimi oğurlayıblar" - deyə o, paylaşımda qeyd edib. 

Məleykə Ağasoy

Gündəm