“Məhəllənin itləri üzümə baxıb “ayıb olsun” deyirlər” – Hüsniyə
16.09.2020 10:35 Şou-biznes

“Məhəllənin itləri üzümə baxıb “ayıb olsun” deyirlər” – Hüsniyə

Aparıcı Hüsniyə Məhərrəmova sosial şəbəkədə yeni fotosunu paylaşıb.

“MediaPost” xəbər verir ki, sənətçi izləyiciləri ilə bölüşdüyü şəklə yazdığı rəylə diqqət çəkib.

“Mən kababı yeyəndə əti sümükdən elə təmizləyirəm ki, məhəllənin itləri üzümə baxıb “ayıb olsun” deyirlər...”.

İzləyicilərindən biri isə “Mən kənd toyuğu olanda sümüyünü də yeyirəm rəyini yazıb. H.Məhərrəmova “nəhayət normal adam gördüm, yoxsa bu sümüksüz, döş əti yeyən “pupsiklər” daha bezdirdilər” sözləri ilə istifadəçiyə cavab verib.

Pərviz Hüseyn / “MediaPost”

Xəbərlər şöbəsi

Gündəm