Məhəmməd Salah 2-ci dəfə ata oldu
09.02.2020 14:26 İdman

Məhəmməd Salah 2-ci dəfə ata oldu

“Qafqazinfo” xəbər verir ki, misirli hücumçunun qızı, ingilis yarımmüdafiəçinin oğlu dünyaya gəlib. Oyunçuların eyni gündə ata olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Hər iki uşaq “Liverpul”un Çempionlar Liqasının yarımfinalının cavab görüşündə “Barselona”ya 4:0 hesabı ilə qalib gəldiyi tarixi oyundan 9 ay 1 gün sonra dünyaya göz açıblar.

Həmin matçda Henderson 1 qol vurub, 1 assist etmişdi. Salah isə zədəli olduğu üçün oyunda iştirak etməmişdi.

29 yaşlı Hendersonun 3-cü, 27 yaşlı Salahın isə 2-ci övladı olub.

Xəbərlər departamenti

Gündəm