Mehmandarovlara həsr edilən filmin nümayişi olacaq
03.06.2023 03:38 Mədəniyyət

Mehmandarovlara həsr edilən filmin nümayişi olacaq

Mehmandarovlar sülaləsindən bəhs edən bədii-sənədli “Millət naminə” filmi ilk dəfə nümayiş olunacaq.

MediaPost xəbər verir ki, bu barədə “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

Məlumata görə, filminin nümayişi 5 iyun saat 19.00-da Nizami Kino Mərkəzində olacaq.

Filmin rejissoru Əməkdar incəsənət xadimi Yavər Rzayev, ssenari müəllifləri isə Y.Rzayevlə birgə tədqiqatçı-alim Vasif Quliyevdir.

7 hissədən ibarət olan filmin əsas qəhrəmanı, nəslin parlaq üzvlərindən biri olan Mustafa bəy Mehmandarovdur.

Filmdə kadrarxası səsin qəhrəmana ünvanladığı suallar və cavablar həm də dövrün ictimai-siyasi mənzərəsini ekrana gətirir.

Xəbərlər departamenti

Gündəm