Mehriban Əliyeva KİV nümayəndələrinə təşəkkür etdi
10.11.2020 18:11 Birinci vitse-prezident

Mehriban Əliyeva KİV nümayəndələrinə təşəkkür etdi

"Kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkür edirəm".

"MediaPost" xəbər verir ki, bunu Birinci vitse-prezident Mehriban Əliyeva xalqa müraciətində deyib. 

"Onların yüksək peşəkarlığı, obyektivliyi, qərəzsizliyi, operativliyi və məsuliyyəti sayəsində bugünkü Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün oldu. Öz vətənlərinin hüdudlarından kənarda Azərbaycanın mövqeyini müdafiə edən və Ermənistanın işğalçı mahiyyətini beynəlxalq ictimaiyyətə göstərən soydaşlarımız sağ olsunlar! Arxa cəbhədə bir yumruq kimi birləşərək Azərbaycan dövlətinin qüdrətini və bizim həmrəyliyimizi bütün dünyaya nümayiş etdirmiş bütün Azərbaycan xalqına minnətdaram!" - deyə Mehriban Əliyeva qeyd edib.

Xəbərlər departamenti

Gündəm