Mehriban Əliyevadan Bayraq Günü təbriki
09.11.2020 13:11 Birinci vitse-prezident

Mehriban Əliyevadan Bayraq Günü təbriki

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Bayraq Günü ilə bağlı paylaşım edib.

"MediaPost"un xəbərinə görə, paylaşımda deyilir:

"Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün həmvətənlərimizi səmimi-qəlbdən təbrik edirəm! Bizim qəlblərimiz öz bayrağımıza və Vətənimizə görə həmişə qürur hissi ilə dolu olacaq! Qoy bizim üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!"

Xəbərlər departamenti

Gündəm