Meksikada metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 24-ə çatıb
04.05.2021 23:34 Dünya

Meksikada metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 24-ə çatıb

Meksikanın paytaxtı Mexiko şəhərinin cənubunda metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

"MediaPost"un "TASS"a istinadən verdiyi məlumata görə, bunu mətbuat konfransı zamanı şəhərin mülki müdafiə idarəsinin rəhbəri Miriam Ursua deyib.

M.Ursua bildirib: "Ümumilikdə 24 nəfər ölüb. Onlardan 21-i hadisə yerində, 3-ü isə xəstəxanada".

Onun sözlərinə görə, hazırda 27 nəfərin müəlicəsi davam etdirilir.

Mexikonun meri mətbuat konfransında şəhərdə matəm elan olunduğunu açıqlayıb.

Xəbərlər şöbəsi

Gündəm