Meksikaya sınaq üçün 7 min vaksin gətirilib
13.11.2020 15:39 Dünya

Meksikaya sınaq üçün 7 min vaksin gətirilib

Meksikaya COVID-19 vaksin sınaqları üçün 7 min "Cansino Biologics" adlı vaksin gətirilib.

"MediaPost" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər naziri Marselo Ebrard keçirilən mətbuat konfransında məlumat verib.

Açıqlamada "vaksinin test edilməsi üçün 3-cü mərhələdə 140 milyon dollar investisiya qoyulacaq və sınaqlarda 15 min könüllü iştirak edəcək. Hərəkətə keçmək vaxtıdır. Vəziyyətin ciddiyyətini anlayırıq", - deyə bildirilib. 

Ebrard vaksinlərin kliniki sınaqlarının ölkənin 14 əyalətində keçiriləcəyini qeyd edib.

Məlumat üçün bildirək ki, Meksikada COVID-19 nəticəsində 96.430 nəfər ölüb, 986.177 nəfər virusa yoluxub.

Anara Mikail

Gündəm