Məktəblərdə qış tətilinin vaxtı açıqlanıb
Nazirlikdən "MediaPost"-a verilən məlumata görə, yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayacaq. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.
Orta məktəblərdə 6 günlük tədris həftəsi ilə oxuyan şagirdlər üçün tətildən sonra ilk dərs günü fevralın 1-də, 5 günlük dərs həftəsi ilə oxuyan şagirdlər üçün fevralın 3-də olacaq.