Məktəblərdə qızları oğurlamaq istəyən şəxslə bağlı açıqlama
Sosial şəbəkələrdə yayılan məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 96 və 67 saylı orta məktəblərin qarşısında valideynlər şübhəli bir qadın görüblər. Onun azyaşlı qızlara yaxınlaşaraq telefon verəcəyi vədini verib yaxınlıqdakı maşına aparmaq istədiyi iddia olunur.
Oxu: Bakı polisi uşaq oğurladığı iddia olunan qadını tapdı - FOTOLAR
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar Bakı şəhər Baş Polis İdarəsinin nəzarətinə götürülüb: “Tərəfimizdən müvafiq araşdırmalar aparılır”.
"MediaPost"