Məktəblərin fəaliyyətinin bərpası ilə bağlı TƏBİB-dən açıqlama
31.07.2020 14:43 Gündəm Təhsil

Məktəblərin fəaliyyətinin bərpası ilə bağlı TƏBİB-dən açıqlama

“Məktəblərin açılması məsələsi Ümümdünya Səhiyyə Təşkilatının missiyası ilə də müzakirə olunub”.

“MediaPost” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.

“Biz hətta bundan öncə bu yolu keçmiş bəzi ölkələrin təcrübəsini müzakirə etmişik. Hansı ki, həmin ölkələrdə məktəblər, uşaq bağçaları açılıb və ya buna hazırlaşırlar. Əlbəttə, bu məsələlər müzakirə olunub. Sizi inandırım ki, vətəndaşlarımız üçün ölkəmiz üçün ən doğru qərar hansıdırsa, o qərar da qəbul olunacaq”, - deyə o söyləyib.

Billurə Yunus / MediaPost

Xəbərlər şöbəsi

Gündəm