Məktəblərin qış tətilinin vaxtı açıqlanıb
16.01.2020 15:30 Təhsil

Məktəblərin qış tətilinin vaxtı açıqlanıb

Təhsil Nazirliyindən "MediaPost"a verilən məlumata görə, tətil 27-31 yanvar tarixlərini əhatə edəcək.

Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü iş günüdür.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm