Melaniya Tramp ərindən boşanır - İDDİA
09.11.2020 15:47 Dünya

Melaniya Tramp ərindən boşanır - İDDİA

ABŞ prezident seçkilərində Co Baydenə uduzan Donald Tramp gözlənilməz şəkildə istefa edən müşaviri Omarosa Manigalt Nyumanın açıqlaması ilə yenidən gündəmə gəlib.

"MediaPost" xəbər verir ki, o, Trampın həyat yoldaşı Melaniyanın ondan boşanmaq üçün hazırlıqlara başladığını söyləyib. 

Omarosa Trampla Melaniyanın evliliklərinin çox qəribə olduğunu və Trampın Melaniyanın həyat yoldaşından çox əmr qulu kimi gördüyünü qeyd edib.

"Bu evlilik haqqında danışanda çox diqqətli davranıram. Çünki bağlı qapılar arxasında nələr olduğunu bilsəniz, ağlınızı itirərsiniz. Mən Tramp və Melaniyanın ilk görüşməyə başladıqları vaxtdan tanıyıram. 17 illik münasibətlərində bir-birilərini çox sevdilər. Amma bəzən Tramp həyat yoldaşına tam bir qul kimi davranırdı. Bir neçə dəfə media qarşısında Melaniyanın Trampın əlini tutmaq istəməməsi də, evlilikləri haqqında mesaj verirdi", - deyə müşavir bildirib. 

Omarosa Melaniyanın boşanma prosesinə başlaması üçün Ağ Evdən köçməyi gözlədiyini deyib. 

Anara Mikail

Gündəm