“Mənə “Cənab Prezident” deyib yaltaqlıq edir”
03.11.2020 10:00 Şou-biznes

“Mənə “Cənab Prezident” deyib yaltaqlıq edir”

ABŞ Prezidenti və Respublikaçıların namizədi olan Donald Tramp Demokratlar Partiyasının namizədi Co Baydenə dəstək verən Ledi Qaqanı tənqid edib.

“MediaPost” xəbər verir ki, 74 yaşlı Tramp ötən gün Pensilvaniyada çıxış etdiyi mitinqdə Ledi Qaqayla yanaşı müğənni Con Bon Covini də pisləyib:

“İndi onun (Co Bayden) Ledi Qaqası var. Ledi Qaqa elə də yaxşı insan deyil. Sizə onun haqda bir çox hekayə danışa bilərəm. Haqqında çox şey bilirəm. Bir də Con Bon Covi – onu həmişə görürəm. Mənə “Cənab Prezident” deyib yaltaqlıq edir”.

Pərviz Hüseyn

Gündəm