Mənzillər məcburi sığortalanır: Kimlər bundan azaddır? - ŞƏRH
18.12.2019 08:38 Fikirlər

Mənzillər məcburi sığortalanır: Kimlər bundan azaddır? - ŞƏRH

Gündəlik olaraq Bakıda və ya regionlarda kiminsə hansısa səbəblərdən evinin, əmlakının qismən və ya tamamilə yanması ilə bağlı xoşagəlməz xəbərlər oxuyuruq. Mülk sahibləri evlərinə dəymiş ziyanı dilə gətirsələr də, heç bir yerə müraciət edə bilmirlər. Çünki yaşayış mənzilləri, yaxud evlərini sığortalatmağa maraq göstərməyiblər, ya da bu məsələyə ciddi yanaşmayıblar.

Ötən həftə “Eurohome” tikinti bazarında baş verən güclü yanğından sonra ticarət obyektlərinin və mənzillərin sığortalanması məsələsi yenidən gündəmə gəlib. Artıq 2020-ci il yanvarın 1-dən etibarən evlərin icbari qaydada sığortalanmasına başlanılacağı bildirilib. Lakin burada xüsusi olaraq vurğulanır ki, yalnız çıxarışı (kupça) olan evlər sığorta ediləcək.

Mövzu ilə əlaqədar sığorta üzrə ekspert İlkin İbrahimov Mediapost.az-ın suallarını cavablandırıb.

- Mənzillərin icbari qaydada sığortalanması məsələsi dünya praktikasında da mövcuddur. Ölkəmizdə bu məsələ nə zamandan aktuallaşmağa başlayıb?

Mənzillər məcburi sığortalanır: Kimlər bundan azaddır? - ŞƏRH

- Əslində, dünyada daşınmaz əmlakın sığortası daha çox könüllü xarakter daşıyır. Lakin elə ölkələr var ki, yanğın, sel, subasma, zəlzələ kimi təbii fəlakətlər daha çox olanda vətəndaşlara dəymiş ziyan büdcədən qarşılanacağından dövlət müxtəlif qabaqlayıcı tədbirlər alır. Məsələn, Türkiyədə 1999-cu il zəlzələsindən sonra dövlət icbari zəlzələ sığortasını tətbiq etməyə başladı. Bizdə icbari sığorta məsələsi Kür daşqınlarından sonra gündəmə gəldi və bir çox sığorta hadisələrini özündə əks etdirdi. Əvvəllər ölkəmizdə əmlakın yanğından sığortası növü icbari idi. 2011- ci ildən isə zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, leysan, subasma və digər sığorta növlərini birləşdirməklə icbari sığortanın tətbiqi məqsədəuyğun hesab edildi. Bu yanaşma ölkəmizdə baş verən təbii fəlakətlərin cəmini özündə əks etdirir.

- Bu prosesin hansı formada həyata keçirilməsi nəzərdə tutulub?

Mənzillər məcburi sığortalanır: Kimlər bundan azaddır? - ŞƏRH

- Həyata keçirilmə üsulu daşınmaz əmlakla bağlı icbari, daşınar əmlakla, yəni evin içərisindəki əşyaların və malların sığortası isə könüllü qaydada həyata keçiriləcək. İcbari sığortada aztəminatlı ailələrin daşınmaz əmlaklarının sığortası dövlət büdcəsi hesabına həyata keçiriləcək.

- Çıxarışı olmayan ev sahibləri mənzillərini sığorta etdirə bilməyəcək. Belə vəziyyətdə onlar nə etməlidir?

- Çıxarışı olmayan mənzillərlə bağlı məsələ açıq qalır. Həll variantını dövlət təklif etməlidir. 1 milyona kimi əmlakdan söhbət gedir ki, bu məsələ həll olunsa, həm dövlət büdcəsi qazanacaq, həm də vətəndaşlar. “Novostroyka” kimi adlandırdığımız yeni tikililərə isə cərimə tətbiq edilməyəcək, lakin sığortalasalar özləri üçün daha yaxşı olar.

- Prosesə nə zamandan başlanılıb yekunlaşdırılması nəzərədə tutulub?

- Proses 2011-ci ildən başlayıb, lakin 2020-ci ildən daha ciddi tətbiq olunması nəzərdə tutulub ki, bu da üzümüzə gələn ilin may ayında sığortanın 2019-2021-ci illər inkişaf proqramında əks olunub. Digər tərəfdən prosesin normal getməsi üçün məcburi tənbehetmə kifayət deyil. Burada sığorta şirkətlərinin də ödənişlərlə bağlı daha yumşaq siyasət yeritməsi önəmlidir.

Mənzillər məcburi sığortalanır: Kimlər bundan azaddır? - ŞƏRH

- Bəs cərimələrlə bağlı yekun qərar necədir?

- İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsi konkret göstərir ki, sığorta etməyən fiziki şəxslər 30, hüquqi şəxslər isə 200 azn miqdarında cərimələnməlidir. Hər 20 gündən bir sığorta olunmazsa, vətəndaş yenidən cərimələnəcək.

- Mənzillərin sığortalanması zamanı qiymət nəyə əsasən müəyyənləşəcək? Məsələn, birinin evi bir otaqlı, digərininki 5 otaqlıdır.

- İcbari sığortalar haqqında qanuna əsasən, hər bölgə üzrə sığorta haqqı kimi evlərin orta bazar dəyəri çıxarılır və bu məbləğin 0.2% i qədər sığorta haqqı hesablanır. Hələlik 2011-ci ildə müəyyən edilib ki, Bakı şəhərində evlərin orta bazar qiyməti 25000 min manatdır. Bu rəqəmi 0.2 faizə vurduqda 50 AZN məbləğ alınır. Sumqayıt, Gəncə və Naxçıvana uyğun hesablama apardıqda 40 manat, digər bölgələr üçün isə 30 AZN təşkil edir. Yəni bu məbləğlər əmlakların orta bazar qiymətidir. Dövlət bu mənada minimum standart müəyyən edir. Bütün evlər bu qiymətə məcburi sığorta edilir, bundan yuxarı məbləğli evlər isə vətəndaşın özünün istəyinə uyğun könüllü sığortalana bilər.

Xəbərlər departamenti

Gündəm