Mərhum deputat Yevda Abramov dəfn edilib
08.12.2019 11:16

Mərhum deputat Yevda Abramov dəfn edilib

Vida mərasimində respublikanın dövlət və ictimai xadimləri iştirak edib.

Mərasimdən sonra mərhum Qırmızı qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılıb. Milli Məclisin İnsan hüquqları komitəsinin sabiq sədr müavini dekabrın 6-da müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanada 71 yaşında dünyasını dəyişib. Milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.

Xəbərlər departamenti

Gündəm