Mərkəzi Bank 150 milyon manat cəlb edir
08.11.2019 12:40 İqtisadiyyat

Mərkəzi Bank 150 milyon manat cəlb edir

Noyabrın 12-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

Mediapost.az AMB-yə istinadən xəbər verir ki, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 13 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,01-7,74 faiz təşkil edir.

Xəbərlər departamenti

Gündəm