Mərkəzi Bank koronavirusla mübarizə üçün vasitələr alır
24.04.2020 08:12 İqtisadiyyat

Mərkəzi Bank koronavirusla mübarizə üçün vasitələr alır

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən koronavirusa (COVID-19) qarşı mühafizə vasitələrinin satın alınması üzrə kotirovka sorğusu keçirir.

“MediaPost” xəbər verir ki, kotirovka sorğusu üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri ən geci 04 may 2020-ci il saat 18:00-dək əlaqələndirici şəxslər tərəfindən qəbul ediləcək və 05 may 2020-ci il saat 10:00-da Mərkəzi Bankın inzibati binasında açılacaqdır.

Kotirovka sorğuları üzrə əlaqələndirici şəxslər - Elvin Şirdanov, telefon - 493-11- 22 (daxili 428); Zöhrab Səfərəliyev, telefon - 493-11-22 (daxili 101).

Xəbərlər departamenti

Gündəm