Mərkəzi Bank sığorta şirkətinin rəhbərini işdən çıxara bilər?
03.02.2023 13:02 Maliyyə

Mərkəzi Bank sığorta şirkətinin rəhbərini işdən çıxara bilər?

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta şirkətinin rəhbərliyini işdən çıxarda bilər.

MediaPost xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov "Həyatın yaşam sığortası" təlimində deyib.

O bildirib ki, requlyator kimi Mərkəzi Bank sığorta şirkətlərinə daim nəzarət edir: "Hər hansı bir maliyyə hesabatlarında ciddi səhv olsa, AMB sığorta şirkətinin rəhbərini vəzifəsindən azad edə bilər".

Hazırda Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malikdir.

Xəbərlər departamenti

Gündəm