Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı
Bu il martın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 6 400,9 milyon dollar təşkil edib.
"MediaPost" AMB-yə istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,95% çoxdur. Son 1 ildə AMB-nin valyuta ehtiyatları 11,1% artıb.