Meryem Uzerli ikinci dəfə ana oldu - <span>FOTOLAR</span>
11.01.2021 10:50 Şou-biznes

Meryem Uzerli ikinci dəfə ana oldu - FOTOLAR

Türkiyəli aktrisa Meryem Uzerli ikinci dəfə ana olub.

“MediaPost” xəbər verir ki, onun qızı dünyaya gəlib.

Övladına Lili Koy adını verən sənətçi bu barədə İnstaqramda fotolar paylaşaraq məlumat verib. 37 yaşlı aktrisa sevincini belə ifadə edib:

“Canım, Lili Koy, Lara Cemima, atan və mən səni ailəmizdə xoşbəxtliklə qarşılayırıq. Bizimlə olduğun üçün çox sevincliyik. Səni sonsuzadək qoruyacağam”.

Pərviz Hüseyn

Gündəm