Məscid icması aztəminatlı xristian ailələrə yardım paylayıb
20.04.2020 20:14 Cəmiyyət

Məscid icması aztəminatlı xristian ailələrə yardım paylayıb

Azərbaycanda koronavirusa görə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində günəmuzd fəaliyyət göstərən bəzi iş yerləri fəaliyyətini dayandırmaq məcburiyyətində qalsa da, hökumət tərəfindən hazırlanan sosial paket nəticəsində işsizlərə sosial yardımlar edilir.

Onların evdə qaldığı müddətdə gündəlik təlabatını və yaşayışını qarşılamaq üçün dövlət tərəfindən hər cür diqqət və qayğı göstərilir. Bununla paralel olaraq xeyirsevər insanlar tərəfindən də aztəminatlı ailələrə müxtəlif yardımlar edilir.

“MediaPost” xəbər verir ki, bu dəfə aztəminatlı ailələrə yardım payları Məşədi Dadaş məscidi dini icmasının üzvləri tərəfindən paylanıb.

Belə ki, inanclı insanlar paytaxtda xristian icmasından olan imkansız ailələrə ərzaq yardımı ediblər.

Xəbərlər departamenti

Gündəm