Məscidlər koronavirusa görə bağlanacaqmı? - AÇIQLAMA
03.03.2020 13:32 Cəmiyyət

Məscidlər koronavirusa görə bağlanacaqmı? - AÇIQLAMA

"Paytaxtdakı bütün məscidlərdə koronavirusa qarşı profilaktik tədbirlər həyata keçirilib".

Bunu “MediaPost”a açıqlamasında Məşədi Dadaş məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.

“Müvafiq qurumlar tərəfindən məscidlərdə dezinfeksiya aparılıb, bütün qabaqlayıcı tədbirlər görülüb. Bundan əlavə, insanlarla bu mövzuda söhbətlər aparılıb. Bölgələrdəki məscidlərdə hər hansı işlərin görülüb-görülməməsi barədə məlumatsızam”.

QMİ nümayəndəsi insanların məscidə gedib-getməməsi məsələsinin müzakirə olunmadığını bildirib: “Bu barədə nə hər hansı qərar qəbul edilib, nə də əhaliyə xəbərdarlıq olunub”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm