Məşhur amerikalı müğənni Tina Törner vəfat etdi
Amerikalı və isveçrəli müğənni, aktrisa və rəqqasə Tina Törner 83 yaşında vəfat edib.
MediaPost xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
"Rok-n-rollun kraliçası" Tina Törner bu gün İsveçrənin Sürix yaxınlığındakı Küsnaxt şəhərindəki evində uzun sürən xəstəlikdən 83 yaşında vəfat edib”, - müğənninin sözçüsü açıqlamasında bildirilir.
"Onunla birlikdə dünya bir musiqi əfsanəsini və rol modelini itirdi", - açıqlamada qeyd olunur.