Məşhur cütlük də koronavirusa yoluxub
11.11.2020 14:18 Şou-biznes

Məşhur cütlük də koronavirusa yoluxub

Türkiyəli məşhur cütlük Berk Oktay və Yıldız Çağrı Atiksoy koronavirusa yoluxub.

“MediaPost” xəbər verir ki, bir müddətdir sevgili olan aktyorların müalicəsi evdə aparılır. Oktay “Karantinimiz iki günə bitir. Hər kəs diqqət etsin, virus yayılır”, - deyə bildirib.

Qeyd edək ki, Berk Oktay sonuncu dəfə “Savaşçı” serialında oynayırdı. O, yaxın günlərdə Çağatay obrazı ilə “Yasak elma” serialına daxil olacaq.

Y.Atiksoy isə “Öyle bir geçer zaman ki” serialı ilə məşhurlaşıb.

Pərviz Hüseyn

Gündəm