Məşhur idmançı yarış zamanı boynunu qırdı, iflic oldu - VİDEO
12.02.2020 07:11 İdman

Məşhur idmançı yarış zamanı boynunu qırdı, iflic oldu - VİDEO

"MediaPost" xəbər verir ki, 25 yaşlı dağıstanlı güləşçi Hacımurad Maqamedov ilə 24 yaşlı Payzutdin Əliyev qarşı-qarşıya gəlib. Rəqibinə fənd tətbiq etmək istəyən H.Maqamedov başı üstə yerə çırpılıb. Nəticədə onun boynu qırılıb.

Qırıq səsi isə bütün salonda eşidilib. Həkimlər yerdə çığıraraq hərəkətsiz uzanan idmançıya ilkin müdaxiləni göstərdikdən sonra onu xəstəxanaya çatdırıblar.

Xəstəxanada edilən müayinələrdən sonra , idmançının boynunun qırıldığını, buna görə idmançının iflic olduğu və və gələcək həyatında bədəninin heç bir hissəsini tərpədə bilməyəcəyini açıqlayıblar.

Güləşçinin müalicəsi davam edir.


Xəbərlər departamenti

Gündəm