Məşhur türkiyəli aktyor dünyasını dəyişib - FOTO
14.01.2020 08:43 Mədəniyyət

Məşhur türkiyəli aktyor dünyasını dəyişib - FOTO

İllər öncə yayımlanan "Aşkı-Memnu" serialında "Hilmi" obrazını canlandıran 65 yaşındakı mədəniyyət xadimi Receb Aktuğ dünyasını dəyişib.

"MediaPost"un verdiyi məlumata görə, iki il öncə xəstəxanaya qaldırılan və KOAH diaqnozu qoyulan məşhur aktyorun şəxsi İnstaqram hesabından bu barədə məlumat paylaşılıb.

Atasının ölüm xəbərini öz Tvitter hesabından paylaşan qızı Zeynep Aktuğ bu sözləri qeyd edib:

“Canım atam Receb Aktuğ dünyasını dəyişib”.

"MediaPost"


Xəbərlər departamenti

Gündəm