Məşhurların birinci sinifə gedən övladları - Fotolar
15.09.2020 12:17 Şou-biznes

Məşhurların birinci sinifə gedən övladları - Fotolar

Koronavirus pandemiyası ilə əlaqədar olaraq xüsusi qaydalar tətbiq olunmaqla məktəblərdə Bilik Günü baş tutub.

“MediaPost” xəbər verir ki, bu il birinci sinfə gedənlərin sırasında məşhurların da övladları, nəvələri var.

Müğənni Günel Ələkbərovanın qızı Məryəm birinci sinifə qədəm qoyub.

Xalq artisti Səkinə İsmayılovanın da nəvəsi bu il məktəbə gedənlər sırasındadır.

Əməkdar artist Vasif Məhərrəmlinin oğlu da ilk dəfə şagird olub.

Aparıcı Aytəkin Mərdanova övladı Nərgizin birinci sinifə getməsinin sevincini yaşayır.

Müğənni Ceyhun Qala qızının ilk dəfə məktəbə yollandığı anları sosial media hesabında paylaşıb.

Əməkdar artist Gülüstan Əliyevanın nəvəsi Banu da ilk dəfə məktəbə gedib.

Xəbərlər şöbəsi

Gündəm