Messi antirekordunu təkrarlayıb
26.01.2020 12:44 Futbol

Messi antirekordunu təkrarlayıb

“Report” xəbər verir ki, argentinalı matç ərzində rəqibin qapısına 11 dəfə zərbə endirib. Lakin o zərbələrin heç birində fərqlənə bilməyib. Bu, 2017-ci il antirekordunun təkrarıdır. “Kamp Nou”da "Deportivo" ilə oyunda Messi rəqib qapısına 11 dəfə zərbə endirib, lakin rəqibin qapısına yol tapa bilməyib.

Cari mövsümdə Messi 16 matçda iştirak edib. O, bu oyunlarda 14 qol vurub və 6 məhsuldar ötürmə verib.

Hazırda "Barselona" 43 xalla İspaniya çempionatının yarış cədvəlinə başçılıq edir, "Valensiya" turnir cədvəlində 34 xalla beşinci yerdə qərarlaşıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm