Messi ilə Pike arasında dava olub
04.02.2020 08:57 Futbol

Messi ilə Pike arasında dava olub

"MediaPost" xəbər verir ki, La Liqada son 7 oyun ərzində sadəcə 3 qalibiyyət qazanan və baş məşqçi dəyişikliyinə gedən "Barselona"da gərgin vəziyyət davam edir.

İspaniya mediasında yer alan xəbərə görə, komanda daxili qruplaşmalar artıq pik həddə çatıb və bu yarışlarda mənfi nəticəsini göstərir. Xəbərdə məşq zamanı ulduz futbolçu Messi ilə Pike arasında dava olduğu da qeyd edilib.

Bir-birlərinin üzərinə yeriyən futbolçular, qışqırmağa başlayıb. Onları komanda yoldaşları aralayıb.


Xəbərlər departamenti

Gündəm