Metroda koronavirusla bağlı zarafat etdi: polis yaxaladı - VİDEO
11.02.2020 08:45 Dünya

Metroda koronavirusla bağlı zarafat etdi: polis yaxaladı - VİDEO

"MediaPost" xəbər verir ki, Moskvada bir gənc koronavirusla bağlı zarafat etdiyi üçün polis tərəfindən saxlanılıb. Belə ki, metroya minən maskalı bir şəxs insanların içərisində yerə yıxılaraq titrəməyə başlayıb. Ətrafdakı insanlar bunu gördükdən sonra ərazidən uzaqlaşıblar.

Hadisənin zarafat olduğu müəyyən olunduqdan sonra Rusiya Daxili İşlər Nazirliyi hərəkətə keçib və həmin gənci yaxalayaraq polisə təslim ediblər.

Tutulan Aleksey Papov adlı gənc açıqlamasında bildirib ki, insanlar maska taxmadığı üçün məsələnin önəminə diqqət çəkmək istəyib.

Papov xuliqanlıq maddəsi ilə təqsirli bilinib.


Xəbərlər departamenti

Gündəm